İranda 4,9 bal gücündə zəlzələ baş verib

post-img

İranın cənubunda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 113 kilometr şimal-şərqdə (liman suları Hörmüz boğazının şimalında yerləşir), ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Dünya