Gürcüstan 84 əcnəbini deportasiya edib, onların arasında bir Azərbaycan vətəndaşı da var

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Son günlər ərzində Gürcüstandan azərbaycanlı da daxil 84 xarici ölkə vətəndaşı deportasiya edilib.

XQ xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində həyata keçirilən tədbirlər nəticəsində 84 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

Bildirilib ki, deportasiya edilən şəxslər arasında Türkiyə, Türkmənistan, Hindistan, Çin, Misir, Azərbaycan, Keniya, Rusiya, Nigeriya, İraq, Kuba, Livan, Pakistan, Cənubi Afrika Respublikası, Somali və digər ölkələrin vətəndaşları var.

Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən girişinə də məhdudiyyət tətbiq edilib.

Dünya