Polis əməkdaşlarının mayın 24-də və 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Məlumatı DİN-in mətbuat xidməti yayıb.
Həmin günlərdə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ