Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Şəfa” növbəti transferini həyata keçirib.
XQ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda qapıçı Nicat Mehbalıyevi heyətinə cəlb edib və futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Mehbalıyev son olaraq “Sabah” klubunun formasını geyinib. O, ötən mövsüm Misli Premyer Liqasının və Bizon Azərbaycan Kubokunun qalibi olub.
25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da şərəfini qoruyub, həmçinin müxtəlif dövrlərdə icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.

