Güləş üzrə dünya çempionatında Azərbaycanı iki hakim təmsil edəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dünya Güləş Birliyi (UWW) böyüklər arasında dünya çempionatında iştirak edəcək hakimləri müəyyənləşdirib .

XQ xəbər verir ki, oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda 46 ölkədən 71 referi ədaləti qoruyacaq.

Onlar arasında azərbaycanlı hakimlər də yer alacaq. I-S dərəcəli referilər - Asif Şirəliyev və Sədi Quliyev məsul yarışda ölkəmizi təmsil edəcəklər.

 

 
 

İdman