Azərbaycanlı boks hakiminin uğuru

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Anar Babanlı hakimlər üzrə ekspert imtahanından uğurla keçib. O, bu nailiyyətə Taylandın paytaxtı Banqkokda gənclər arasında baş tutan Olimpiya Təsnifat Kubokunda imza atıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, “World Boxing” təşkilatı lisenziya xarakterli yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini, Babanlının bundan sonra hakimlərin işini qiymətləndirəcəyini açıqlayıb. Bu, Azərbaycan boks tarixinə ilk kimi düşüb.

Qeyd edək ki, Anar Babanlı Tokio–2020 Yay Olimpiya Oyunlarında, 2 dünya, 10-dan çox Avropa və Asiya çempionatlarında referilik edib.

Qabil YUSİFOĞLU
XQ

 

İdman