Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyası 21 milyon dollar olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

XQ Gürcüstanın Milli Statistika Xidmətinin materiallarına istinadən xəbər verir ki, bu ilin I rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyası 20,9 milyon ABŞ dolları təşkil edib.

Qurumun məlumatına görə, ötən ilin eyni dövründə bu rəqəm 24,9 milyon ABŞ dolları olub. Beləliklə, Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiyaları 16 % azalıb.

Hesabat dövründə Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə yatıran IV investor olub.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar 271,2 milyon ABŞ dolları təşkil edib. Ən böyük investorların ilk üçlüyünə Böyük Britaniya, ABŞ və Niderland daxil olub.

2025-ci ildə Azərbaycandan Gürcüstana birbaşa xarici investisiyalar 143,9 milyon ABŞ dolları, 2024-cü ildə isə 83,9 milyon ABŞ dolları təşkil edib.

N.Adilqızı
XQ

 

İqtisadiyyat