Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869 (Cild I); 2024, № 1, maddə 80, № 3, maddə 307, № 4, maddə 450, № 5 (II kitab), maddə 585, № 7, maddə 902, № 9, maddələr 1048, 1063; 2025, № 2, maddə 187, № 9, maddə 874; 2026, № 2, maddə 187) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. qazın topdansatışı, nəqli, paylanması, istehlakçılara qazın pərakəndə satışı, qazın saxlanması xidmətləri, qazın nəqli şəbəkəsinə və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri, sabit tarif”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 601 (Cild I); 2024, № 1, maddə 111; 2025, № 2, maddə 186) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.10.1-ci yarımbənddə “elektrik, rabitə, su, qazpaylayıcı” sözləri “qazpaylayıcı sistem operatoru, elektrik, rabitə, su” sözləri ilə əvəz edilsin;

2.2. Qaydaya 2 nömrəli Əlavədə “elektrik, rabitə, su, qazpaylayıcı” sözləri “qazpaylayıcı sistem operatoru, elektrik, rabitə, su” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 23 fevral tarixli 46 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 235 (Cild I); 2024, № 4, maddə 440) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın 3.2-ci bəndində “qaz təsərrüfatında təhlükəsizlik qaydalarına” sözləri “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 128 (Cild I); 2026, № 1, maddə 82) ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”nin 2.1.11-ci yarımbəndinin ikinci abzasına “dəyərinin” sözündən sonra “və sabit tarifin” sözləri, üçüncü abzasına “sərfiyyatı” sözündən sonra “və sabit tarif” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 10, maddə 972, № 11, maddə 1084, № 12 (II kitab), maddələr 1207,1233, 1257; 2026, № 2, maddələr 173, 187, 189, № 3, maddə 264; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 aprel tarixli 96 nömrəli, 29 aprel tarixli 123 nömrəli, 12 may tarixli 141 nömrəli, 14 may tarixli 145 nömrəli və 15 may tarixli 149 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “222220. “Qaz haqqının ödənilməsi” maddəsinə “dəyərinin” sözündən sonra “və sabit tarifin” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 dekabr tarixli 561 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2756 (Cild I); 2024, № 1, maddə 83; 2026, № 2, maddə 187) ilə təsdiq edilmiş “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”nin 2.1.13-cü yarımbəndinin ikinci abzasına “dəyərinin” sözündən sonra “və sabit tarifin” sözləri, üçüncü abzasına “sərfiyyatı” sözündən sonra “və sabit tarif” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 184 (Cild I); 2024, № 1, maddə 83; 2026, № 2, maddə 187) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”nin 2.1.13-cü yarımbəndinin ikinci abzasına “dəyərinin” sözündən sonra “və sabit tarifin” sözləri, üçüncü abzasına “sərfiyyatı” sözündən sonra “və sabit tarif” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 571; 2025, № 3, maddə 303, № 9, maddə 869) ilə təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”na əlavə - “Azərbaycan Respublikasının enerji balansı”nın strukturu”nun 3.10.1-ci, 3.12-ci və 3.14-cü sətirlərində ismin müvafiq hallarında “Qaz paylayıcısı” sözləri ismin müvafiq hallarında “Qazpaylayıcı sistem operatoru” sözləri ilə əvəz edilsin.

9. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 336 (Cild I); 2025, № 12 (II kitab), maddə 1209) ləğv edilsin.

10. “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 299 (Cild I); 2025 № 10, maddə 974, № 12 (II kitab), maddə 1240) ləğv edilsin.

11. “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 300 (Cild I) ləğv edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 iyun 2026-cı il

№ 173

Nazirlər kabinetinin qərarları