Atırauda ulu öndərin xatirəsi anılıb

post-img

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu Atırau şəhərindəki Xəlil Dosmuhammedov adına universitetlə birgə anım tədbiri keçirib.
Tədbirdə universitetin rektoru Salamat İdrisov, Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı və "Novruz" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Eldar Əhmədov çıxış ediblər. Tədbir iştirakçılarına Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və gənclərin inkişafına verdiyi dəyər barədə məlumat verilib.
Sonra Qazaxıstan və Azərbaycan siyasətçilərinin, dövlət və ictimai xadimlərinin ulu öndərlə bağlı xatirələrini əks etdirən film nümayiş olunub.

Tədbirin sonunda baş konsul Ayxan Süleymanlı universitet tərəfindən seçilmiş beş əlaçı tələbəyə Baş konsulluğun birdəfəlik təqaüdünü və təşəkkürnamə təqdim edib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Atırau







Sosial həyat