Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

post-img

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva dekabrın 18-də Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Ombudsman Aparatından XQ-yə bildirilib ki, müvəkkil qəbul üçün müraciət etmiş vətəndaşların hər biri ilə fərdi qaydada görüşüb, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb. Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi qeyd olunub.

Görüşdə vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Sosial həyat