Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar ” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 9-da Azərbaycan Milli Kitabxanasında respublikamızda yaşayan azsaylı xalqların mədəniyyətini nümayiş etdirmək məqsədilə “Azərbaycanda yaşayan azsaylı xalqlar” (http://anl.az/el/vsb/Azerbaycanda_yasayan_azsayli_xalqlar/index.htm) adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə azsaylı xalqların ədəbiyyatı, mədəniyyəti, adət-ənənələrinə dair kitab və məqalələr, fotolar təqdim olunur.

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. 

Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayır, eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər.

Ölkəmizdə müxtəlif millətlərin milli birlik, milli həmrəylik mühitində, dostluq, qardaşlıq şəraitində yaşaması, bu torpağa qəlbən bağlanması, onların hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi, azadlığı uğurunda şəhid olması 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapıb. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu təsdiq etdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var. 

Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayır. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.

Sosial həyat