Azərbaycan bələdiyyələri ötən il büdcədən 12 milyon manata yaxın vəsait alıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə ümumilikdə 11,7 milyon manat ayrılıb.

XQ xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Qanun layihəsinə əsasən, 2024-cü illə müqayisədə bələdiyyələrə büdcədən ayırmalar 2,5 % azalıb.

Ötən il ayrılmış vəsaitin 7,5 milyon manatı gəlir və xərcləri tənzimləmək üçün dotasiya, 4,2 milyon manatı su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı subsidiya olub.

Sosial həyat