Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 11-i saat 12:00-dan 13:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində (link: https://www.instagram.com/prokurorluq/) canlı yayım keçiriləcək.

Bu barədə XQ-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, canlı yayım zamanı Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev, Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev və Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev vətəndaşları maraqlandıran sualları cavablandıracaqlar.

Sosial həyat