ABŞ Prezidenti Donald Tramp Nyu-Cersidə jurnalistlərə açıqlamasında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirdiyini bildirib.
“Tramp Rusiyaya qarşı əlavə sanksiyaları “əlbəttə” nəzərdən keçirdiyini söylədi”, - “New York Times” yazır.
Bundan başqa, ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərindən şikayətlənib: “Mən onu çoxdan tanıyıram. Biz həmişə anlaşmışıq, lakin o, şəhərlərə raketlər atır (...) və bu, mənim heç xoşuma gəlmir”, - Tramp jurnalistlərə deyib.
P.ƏMİRCANOV
XQ