Türkiyə XİN rəhbəri Yaponiya və Qətər XİN başçıları ilə telefonla danışıb

post-img

Türkiyə xarici işlər naziri Hakan Fidan yaponiyalı həmkarı Motegi Toşimitsu və Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə telefon danışığı aparıb.

XQ xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Fidan yaponiyalı həmkarı ilə ikitərəfli siyasi və iqtisadi məsələlərlə yanaşı, Yaxın Şərqdəki ABŞ-İsrail münasibətlərini də müzakirə edib.

Qətər və Türkiyə XİN rəhbərləri Körfəz ölkələrindəki son vəziyyət və müharibənin gedişatını müzakirə ediblər.

Dünya