Britaniya və Omanın Hörmüz müzakirəsi

post-img

Böyük Britaniyanın xarici işlər naziri İvette Kuper Omanın xarici işlər naziri Seyid Bədr Əl-Busaidi ilə görüşdüyünü açıqlayıb. O, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Kuper yazıb: “Dünən Omanın xarici işlər naziri Seyid Bədr Əl-Busaidi ilə görüşməkdən məmnun oldum. Böyük Britaniya və Oman sıx və uzunmüddətli tərəfdaşlığa malikdirlər”.

İ.Kuper onu da qeyd edib ki, tərəflər Hörmüz boğazında əməliyyatların tam bərpası, mina təmizləmə səylərinə dəstək və regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

XQ

Dünya