Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəmərinin 20 illiyi, BTC üzrə operatorluğun və BTC ilə Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli BTC üzrə operatorluğun və BTC ilə CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsini ifadə edən rəmzi idarəetmə düyməsini sıxıblar.
XQ

