Pekin: İrana qarşı sanksiyalar ləğv edilsin!

post-img

Çin İrana qarşı birtərəfli sanksiyaların tezliklə ləğv edilməsinin tərəfdarıdır və Tehranla Vaşinqtonun danışıqları davam etdirməsini gözləyir.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Syakun keçirdiyi brifinqdə bildirib. Diplomat vurğulayıb ki, “Çin İrana qarşı birtərəfli sanksiyaların mümkün qədər tez bir zamanda ləğv edilməsinin tərəfdarıdır”. Onun sözlərinə görə, rəsmi Pekin ABŞ, İran və digər tərəflərin artıq imzalanmış anlaşma memorandumunu birgə həyata keçirəcəyinə və danışıqları davam etdirəcəyinə ümid edir.

Dünya