Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiyanın Kiyevə endirdiyi son hücum nəticəsində həlak olanların sayı artaraq 25 nəfərə çatıb.
XQ xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, Darnitsa rayonundakı dağıntılar altında axtarış-xilasetmə işləri davam edir. Həmin ərazidə indiyədək daha beş nəfərin meyiti aşkarlanıb, səkkiz nəfərlə isə hələ də əlaqə saxlamaq mümkün olmayıb.
Tkaçenko bildirib ki, xilasedicilər dağıntılar tam təmizlənənədək fasiləsiz işləyəcəklər. O, axtarışlar zamanı həlak olanların sayının daha da arta biləcəyini istisna etməyib.

