İİR rəsmiləri cümə günü ölkənin mərhum Ali Rəhbəri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün 100 ölkədən nümayəndə heyətinin gəlməsini gözləyirlər. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai məlumat verib. O, dövlət televiziyasına msahibəsində bildirib ki, vida mərasimində, təxminən, 100 ölkədən rəsmi qonağın – siyasi xadimlərin, dövlət başçılarının, parlament spikerlərinin, xarici işlər nazirlərinin və ya xüsusi hökumət nümayəndələrinin, eləcə də çox sayda ictimai xadimin iştirakı gözlənilir.
Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimi iyulun 3-də başlayacaq, dəfn isə iyulun 9-da olacaq.
XQ

