YAP heyətinin Çinə səfəri başa çatıb

post-img

Çin Kommunist Partiyasının dəvəti ilə bu ölkəyə səfər edən Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Şanxayda “Çinin sosial-iqtisadi inkişafına dair 15-ci beşillik proqram və Çin xüsusiyyətli modernləşmə”, həmçinin “Kadrların hazırlanması və partiyanın gənclər siyasəti” mövzularında keçirilən seminarlarda iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Pekində Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr şöbəsinin Avrasiya departamenti direktorunun müavini Syu Çinsian və şöbə müdirinin müavini Sun Haiyan ilə görüşüb.

Görüşlərdə Azərbaycan–Çin münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hakim partiyalar arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Nümayəndə heyəti, həmçinin Çin Kommunist Partiyası üzvlərinin təltifetmə mərasimində iştirak edib.

 

Son xəbərlər