BMT Baş katibinin elçisi Səhiyyə Nazirliyində

post-img

Səhiyyə naziri Teymur Musayev ölkəmizdə səfərdə olan BMT-nin Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todtun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə yol hərəkəti təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin profilaktikası, qəzalar nəticəsində zərərçəkənlərə göstərilən təcili tibbi yardımın təkmilləşdirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Teymur Musayev ölkəmizdə əhalinin sağlamlığının qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan şəxslərə vaxtında və keyfiyyətli tibbi yardımın göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

BMT-nin Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt Azərbaycanda yol təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və bu istiqamətdə əldə olunan nailiyyətləri vurğulayıb. O, BMT-nin yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların həyat və sağlamlığının qorunması məqsədilə üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib.

XQ

Son xəbərlər