Bakıda Türk dünyası konserti

post-img

Bakıda I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində Dənizkənarı Milli Parkda paytaxt sakinlərinə və qonaqlara möhtəşəm konsert proqramı təqdim olunub.

Çal-çağır Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında təqdim olunan “Uzundərə” xalq rəqsi ilə başlayıb. Sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən gələn rəqs kollektivləri öz ölkələrinin zəngin folklor irsini, milli musiqisini və rəqs ənənələrini əks etdirən rəngarəng çıxışlarla tamaşaçıların qarşısında çıxış ediblər.

Şənlikdə Azərbaycanın və Türk dünyasının tanınmış ifaçıları müxtəlif dillərdə səsləndirilən mahnılarla çıxış edərək türk xalqlarının zəngin musiqi irsini, ortaq mədəni dəyərlərini və qardaşlıq ruhunu tərənnüm ediblər.

Konsert proqramı boyunca səslənən musiqi nömrələri və nümayiş etdirilən rəqslər tamaşaçılara Türk dünyasının zəngin mədəni müxtəlifliyini, ortaq mənəvi dəyərlərini və mədəni birliyini bir daha nümayiş etdirib.

XQ

Mədəniyyət