MEDİA-nın növbəti jurnalist müsabiqəsi başa çatdı

post-img

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) 2026-cı il mayın 13-də elan etdiyi “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb.

Müsabiqədə “Ən yaxşı reportaj”, “Ən yaxşı ictimai-siyasi təhlil”, “Ən yaxşı sosial-iqtisadi təhlil”, “Ən yaxşı müsahibə”, “Ən yaxşı mədəniyyət materialı”, “Ən yaxşı köşə yazısı”, “Ən yaxşı jurnalist araşdırması”, “Ən yaxşı oçerk”, “Ən yaxşı ictimai-siyasi reportaj”, “Ən yaxşı sosial-iqtisadi reportaj” və “Ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj” nominasiyaları üzrə qaliblər müəyyənləşib. Sonuncu 3 nominasiya televiziya kanallarında çalışan jurnalist və operatorları əhatə edib.

Qeyd edək ki, “Fərdi jurnalist müsabiqəsi” mayın 20-dək davam edib. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilib. Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir. Jurnalist müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını qeyd edilən nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir. Materialların qiymətləndirilməsi MEDİA tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir. Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 jurnalist və 5 operator qalib elan edilir və mükafatlandırılır.

Onu da bildirək ki, “Xalq qəzeti”nin 2 əməkdaşı da qaliblər arasındadır. Bütün qalibləri təbrik edirik.

XQ

Son xəbərlər