Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarını təbrik edib

post-img

Bakı Təşəbbüs Qrupu Kanaki–Yeni Kaledoniyanın müstəqillik tərəfdarı qüvvələrini iyunun 28-də keçirilmiş əyalət seçkilərində qazandıqları nəticələr münasibətilə təbrik edib.

Təbrik BTQ-nin Kanaki–Yeni Kaledoniyanın müstəqillik tərəfdarı qüvvələrinə dəstək bəyanatında yer alıb. Bəyanatda bildirilib ki, rəsmi nəticələr mövcud siyasi reallığı aydın şəkildə əks etdirir: müstəqillik tərəfdarı olan siyasi qüvvələr arxipelaqın mühafizəkar və loyalist qüvvələri üzərində həm strateji, həm də demokratik baxımdan mühüm qələbə qazanıb.

“Bakı Təşəbbüs Qrupu Kanaki–Yeni Kaledoniyanın müstəqillik tərəfdarı qüvvələri, eləcə də öz müqəddəratını təyinetmə hüququnun tanınması və müstəmləkədən azad olunma prosesinin başa çatdırılması uğrunda sülh yolu ilə mübarizə aparan bütün səslərlə həmrəyliyini bir daha təsdiqləyir”, - deyə bəyanatda vurğulanıb.

 

Son xəbərlər