İyunun 26 - 28-də Șotlandiyanın Stirlinq şəhərində keçirilən sumo üzrə Avropa çempionatında Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və sumo idman növü üzrə milli yığma komandanın üzvləri olan idmançılarımızdan Cavid Yusifov (115 kq) qızıl, Əmrah Şəfiyev (85 kq və mütləq çəki) iki bürünc medal əldə ediblər. Millimiz komanda yarışında da bürünc medala layiq görülüb.
Qeyd edək ki, bu il sumo üzrə Dünya çempionatı ilk dəfə olaraq 17-18 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ

