“Azərbaycan Şahmat Turu” çərçivəsində “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib. Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan turnirdə ölkəmizdə yanaşı Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunur.
Festivalın açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev və digər rəsmi şəxslər iştirak edib.
Turnir reytinqlərə uyğun olaraq A və B qrupu olmaqla iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində rapid və blits üzrə də yarışlar keçiriləcək.
200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın ümumi mükafat fondu 22.650 manat təşkil edir. Turnirin baş hakimi Şaiq Quliyevdir.
Qabil YUSİFOĞLU
XQ

