Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
XQ xəbər verir ki, turnirin ikinci yarış günündə Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulacaq.
Oğlanlar arasında keçirilən yarışlarda cüdoçularımızın ilk qarşılaşmaları aşağıdakı kimidir:
66 kq çəki dərəcəsində mübarizə aparan İlkin Qarayev 1/16 final mərhələsində Bolqarıstan təmsilçisi Samuil Dimitrovla qarşılaşacaq.
73 kq çəki dərəcəsində çıxış edən Sadiq Məmmədov isə yarışa 1/8 final mərhələsindən başlayacaq. O, Matas Marksaitis (Litva) – Noam Stiner (İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionatın təsnifat mərhələsinin görüşləri Bakı vaxtı ilə saat 12:30-da, final bloku isə saat 19:30-da start götürəcək.

