Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilir.

XQ xəbər verir ki, ilk yarış günündə -50 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçuları Nihad Ağayev və Fərid Rzazadə finalda üz-üzə gəliblər. Nihad Ağayev qızıl, Fərid Rzazadə isə gümüş medal qazanıb.

Qeyd edək ki, daha əvvəl -40 kq çəki dərəcəsində Azərbaycan cüdoçusu Zəhra Quliyeva qızıl medal qazanıb.

İdman