Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Lənkəran şəhərində 35 müxtəlif yaş qruplarından olan rəssamlarla Yeni Azərbaycan Partiyası, YAP Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereya və RM ART Studionun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Vətənpərvərlik Etüdləri" adlı etüd - ekskursiya təşkil olunub. Qeyd edək ki, layihə rəhbəri Aygün Əzizovadır.
Rəssamlar Lənkəran şəhərinin gözəl mənzərələrini kətan üzərinə köçürüb, şəhərə ekskursiya ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova etüdlərin həm rəssamların inkişafında rolu, həm də bölgələrimizin gənclərə tanıdılması, vətənpərvər gənclərin yetişməsində əhəmiyyətindən bəhs edib.
Sonra, RM ART Studionun rəhbəri Rəsmiyyə Mahmudova ressam kollektivinin etüdlərə xüsusi önəm verdiyini bildirib. Bugünkü Lənkəran etüdlərinin də onların həyatında unudulmaz bir iz buraxacağını vurğulayıb.
Tədbirdə, həmçinin Lənkəran şəhərindən olan Lənkəran İncəsənət Məktəbinin müəllimi Günay Talışinskaya, dəyərli ziyalımız Elazə Ağayeva,
Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova , rəssam, pedaqoq Zeynəb Allahverdili fəxri qonaq qismində iştirak ediblər.
Daha sonra, qonaqlar Boranı Restoranında möhtəşəm Lənkəran ləzzətlərinin dadına baxıblar. Sonda iştirakçılara sertfikatlar təqdim olunub, xatirə fotoları çəkilib.
XQ


