Azərbaycan Cüdo Federasiyası Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 30-da Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

XQ xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə Azərbaycan Cüdo Federasiyası tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək. İmtahan Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq. 

İdman