Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Hörmüz boğazında gəmiçiliyin idarə olunması üçün yaradılmış Birgə Komitənin ilk iclası Omanın paytaxtı Məsqətdə keçirilib.
Məlumatı “Anadolu” yayıb.
Bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bazar ertəsi, iyunun 29-da bildirib.
“Məsqətə səfər zamanı İran-Oman Hörmüz boğazı ilə bağlı Birgə Komitəsinin ilk iclası keçirildi. İclasda Hörmüz boğazı ilə bağlı məsələlər müzakirə edildi”, - deyə o bildirib.
Qaribabadi həmçinin bildirib ki, görüş zamanı “İslamabad Anlaşma Memorandumunun beşinci bəndi və sahilyanı dövlətlərin hüquqları çərçivəsində boğazın gələcək idarə olunması” ilə bağlı fikir mübadiləsi aparılıb.
P.ƏMİRCANOV
XQ

