Putin: Ukrayna ilə danışıqlar Minskdə keçirilə bilər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna ilə danışıqlar Minskdə keçirilə bilər. O xatırladıb ki, 2022-ci il Rusiya-Ukrayna danışıqları Belarus paytaxtında başlayıb.

Məlumçatı “Kommersant” verib. 

Putinin sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko “mübahisəli məsələlərin sülh yolu ilə həllinə yönəlmiş hər şeyi tam dəstəkləməyə hazırdır”. Rusiya Prezidenti VGTRK müxbiri Pavel Zarubinlə müsahibəsində bildirib: “Əminəm ki, danışıqlar nə vaxtsa nəticələnərsə, Belarusun imkanlarından da istifadə etmək olar”.

Bu il iyunun 4-də Ukrayna Prezidenti Vladimir Zelenski Vladimir Putinə açıq məktub dərc etdirərək Rusiya prezidentinə münaqişələrin həlli ilə bağlı danışıqları üçüncü ölkədə - İsveçrə, Türkiyə və ya ərəb dövlətində aparmağı təklif edib. O, Moskvada danışıqlar aparmaqdan imtina edib. Putin isə hazırda Zelenski ilə şəxsən görüşməyin mənasını görmədiyini bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya