Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiyanın Ukraynanın Zaporojye bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, hücum zamanı Zaporojye vilayətinin Şevçenkivske kəndi aviasiya bombası ilə hədəfə alınıb. Dağıntılar nəticəsində 53 yaşlı qadın ölüb, digər həlak olan şəxsin kimliyi isə hələ müəyyənləşdirilir.
Yaralananlar arasında iki uşağın da olduğu bildirilir. Hadisə yerində xilasetmə və axtarış işləri davam etdirilir.

