Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda keçirilən Mütləq Döyüş Çempionatının (UFC) turniri rəsmi olaraq start götürüb.
XQ xəbər verir ki, gecənin ilk qarşılaşmalarından birində yarımorta çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Tahir Abdullayev oktaqona çıxıb. O, debüt görüşündə Braziliya təmsilçisi Cefferson Nasimento ilə üz-üzə gəlib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada Tahir Abdullayev inamlı çıxışı ilə yadda qalıb. Azərbaycanlı döyüşçü rəqibini məğlub edərək UFC-də ilk döyüşünü qələbə ilə başa vurub.
Beləliklə, Tahir Abdullayev UFC karyerasına uğurlu nəticə ilə başlayaraq doğma azarkeşlər önündə əlamətdar qələbəyə imza atıb.

