Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Bu barədə XQ-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin gündəliyində yer alan əsas məsələlər, iki ölkə arasında strateji əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər Azərbaycan ilə Türkiyə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı dəstəyin qardaş ölkələr arasındakı münasibətlərin əsasını təşkil etdiyini vurğulayıblar. Onlar qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon danışığında regiondakı təhlükəsizlik mühiti, postmünaqişə dövründə baş verən proseslər, eləcə də Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən addımlar da müzakirə mövzusu olub. Tərəflər bu məsələlər ətrafında fikir mübadiləsi apararaq əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıblar.

 

 

Siyasət