Venesuelada baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları davam edir. Fövqəladə Hallar xidmətinin əməkdaşları dağıntılar altından sağ qalan bir iti xilas ediblər.
Susuzluq və halsızlıqdan əziyyət çəkən heyvana xilasedicilər hadisə yerində su veriblər, daha sonra isə təhlükəsiz əraziyə aparıblar. Xilasetmə anını əks etdirən görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.
Son məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 235 nəfərə çatıb, 4300-dən çox insan yaralanıb. Daha 157 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır və onların axtarışları davam etdirilir.
Faciə fonunda ümidverici xəbərlər də gəlir. Dağıntılar altında qalan qadınlardan biri xilasedicilər gələnədək sağlam uşaq dünyaya gətirib.
Mütəxəssislər bildirirlər ki, təbii fəlakət Venesuelanın neft infrastrukturuna da təsir göstərə bilər ki, bu da ölkədən neft idxal edən bazarlara, xüsusilə Hindistana tədarükdə müəyyən risklər yarada bilər.
XQ

