Almaniyada anormal istilər hökm sürür

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Almaniyada gün batandan sonra belə davam edən anormal isti dalğası yaşanıb. Ölkənin qərbindəki bir neçə şəhərdə gecə temperaturu 28°C-yə çata bilər, cümə axşamı isə temperaturun 42°C-yə çatacağı gözlənilir.

Məlumatı “Euronews” verib. 

Almaniyada son bir neçə gün iyun ayı üçün qeyri-adi dərəcədə isti keçib və istiliyin azalacağına dair heç bir əlamət yoxdur. Əksinə, cümə axşamı günü qərbi Almaniyanın bir neçə bölgəsində temperatur daha da yüksələ və 42 dərəcə Selsidən çox ola bilər. Ölkənin hava xidməti DWD-nin verdiyi açıqlamada bildirilir ki, şimal və yüksək dağlıq bölgələr istisna olmaqla, güclü istilik dalğaları, qərbdə və cənub-qərbdə həddindən artıq istilik gözlənilir. Bu, bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. DWD xatırladır ki, “gün ərzində çölə çıxmaqdan çəkinin, bol su için və qapalı məkanları sərin saxlamağa çalışın”.

P.ƏMİRCANOV
XQ

Dünya