Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Senatında ölkə prezidentindən İrana qarşı hərbi güc tətbiqini dayandırmagı tələb edən birgə qətnamənin qəbul edilməsindən bir gün sonra təşəbbüs rədd edilib və Respublikaçı çoxluq Prezident Donald Trampın tərifini qazanıb.
Məlumatı “İnterfaks.ru” verib.
Yekun səsvermədə 47 lehinə, 50 əleyhinə səs verilib, respublikaçı senator Rend Pol isə bitərəf qalıb.
Media orqanları qeyd edir ki, Tramp əvvəlki qətnaməyə səs verən dörd respublikaçı da daxil olmaqla senatorlara hücum etdikdən sonra Senat prezidentin hərəkətlərinə qarşı tənqidi dayandırıb.
Tramp, Truth Social-da nəticələrə münasibət bildirərkən, Polun, eləcə də senator Bill Kessidinin mövqeyindəki dəyişikliyi qeyd edib və respublikaçılara təşəkkür edib.
Tramp yazıb ki, “Bu səsvermə İrana xəbərdarlıq edir”.
P.ƏMİRCANOV
XQ

