Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Neft qiymətləri cümə axşamı günü düşməyə davam edib və fyuçerslər Yaxın Şərqdə hərbi münaqişənin başlanğıcından bəri ən aşağı səviyyəyə düşüb. Bu, Hörmüz boğazından yanacaq tədarükünün sürətlə bərpa olunacağına işarədir.
ABŞ-ın Energetika naziri Kris Rayt dünən bildirib ki, boğazda gəmiçilik trafiki münaqişədən əvvəlki səviyyəyə yaxındır. Raytın məlumatına görə, son 24 saat ərzində 20 milyon barel neft daşıyan 72 gəmi keçib. Lakin nazir xəbərdarlıq edib ki, Hörmüz boğazında gəmiçiliyin tam bərpası bir neçə həftə çəkəcək, çünki boğaz minalardan təmizlənməlidir.
Bazar həmçinin Vaşinqtonun münaqişələrin həlli üzrə danışıqlarının bir hissəsi olaraq İrandan neft ixracına tətbiq etdiyi sanksiyaları yumşaltmasından sonra İrandan tədarükün artacağını gözləyir.
Moskva vaxtı ilə səhər saat 8:20-yə qədər Londonun ICE Futures birjasında avqust ayı üçün “Brent” markalı neftin fyuçersləri 1,22 dollar (1,65%) azalaraq bir barel üçün 72,52 dollara düşüb. Çərşənbə günü isə “Brent” markalı neftin bir bareli 3,34 dollar (4,3%) azalaraq 73,74 dollara düşmüşdü.
P.ƏMİRCANOV
XQ

