Tramp Ərdoğana hörmət əlaməti olaraq NATO sammitinə qatılacaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp bildirib ki, “Prezident Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq” Ankarada keçiriləcək NATO sammitinə qatılacaq.

Məlumatı “Anadolu” verib. 

Amerika lideri bunu NATO-nun baş katibi Mark Rutte ilə Oval Ofisdə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb. ABŞ-İran danışıqları və Ankarada keçiriləcək NATO sammiti ilə bağlı şərh verən Tramp tədbirdə iştirakı ilə bağlı bir sıra diqqətəlayiq açıqlamalar verib.

ABŞ prezidenti Türkiyənin İranla müharibədə iştirak etməməsindən məmnun olduğunu qeyd edib: “Ərdoğan gözəl liderdir, çox güclü şəxsiyyətdir və əla ordusu var. O, Türkiyəni sevir və əla iş görür. O, hörmətli insan, hörmətli lider və mənim dostumdur”.

CNN Türk-ün ABŞ müxbiri Yunus Paksoyun Türkiyəyə təyyarə mühərrikləri və F-35 qırıcı təyyarələrinin tədarükü ilə bağlı “xoş xəbər”lə Ankaraya gəlmək niyyətində olub-olmadığı barədə sualına Tramp belə bir ehtimalı istisna etməyib: “Düşünürəm ki, belədir. Türkiyə NATO üzvüdür. Bəzi insanlar belə düşünmür, amma bu doğrudur. O, güclü NATO üzvüdür. Bəli, yəqin ki, onu (Prezident Ərdoğanı) çox xoşbəxt edəcək bir şey edəcəyəm”.

Tramp həmçinin Türkiyənin müdafiə sənayesi sahəsndə xüsusilə vacib yer tutduğunu vurğulayıb: “Türkiyənin nəhəng müdafiə sənayesi bazası var. ABŞ da daxil olmaqla, NATO alyansı boyunca fəaliyyət göstərən 3000 şirkəti var. O qədər güclüdür ki, insanlar Türkiyənin hərbi cəhətdən nə qədər güclü olduğunu anlamırlar. Ərdoğanın sayəsində (Türkiyənin) çox güclü ordusu var”.

P.ƏMİRCANOV
XQ

Dünya