“Şahşərab” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 26 iyul 2026-cı il saat 12.00-da Şahbuz şəhəri, H.Əliyev küçəsində keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. Səhmdar cəmiyyətinin qanuni təmsilçisinin vəfat etməsi faktının nəzərə alınması.
2. Yeni idarə heyətinin seçilməsi.
3. İdarə heyətinin sədrinin (direktorun) seçilməsi.
4. Səhmdar cəmiyyətinin qanuni təmsilçisinin təyin edilməsi.
5. Səhmdar cəmiyyətinin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
6. Nizamnamə dəyişikliklərinin və idarəetmə orqanlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxsin müəyyən edilməsi.
7. Digər təşkilati məsələlər.
Qeyd: Gündəlikdəki məsələlərlə bağlı sənədlərlə tanış olmaq üçün cəmiyyətin əsas səhmdarı Kazımov Faiq Feyzulla oğlu ilə əlaqə saxlanıla bilər.
Əlaqə telefonu: +994 50-280-75-49.

