28 iyul 2026-cı il saat 11.00-da, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
“Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi – məruzəçi: Zaur Musayev.
“Kapital Bank” ASC-nin müşahidə şurasının əsasnaməsinə dəyişiklik edilməsi haqqında – məruzəçi: Arif Mehdiyev.

