Tokayev: Qazaxıstan Avropa İttifaqına vaclb minerallar göndərməyə hazırdır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazaxıstan Avropa İttifaqının (AB) vacib xammallar siyahısına daxil olan 34 mineraldan 21-ni tədarük etməyə hazırdır. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aİ-yə üzv ölkələrin biznes nümayəndələrinin qatıldığı Qazaxıstan-Aİ dəyirmi masada çıxış edərkən bildirib.

Məlumatı “Anadolu” verib. 

Tokayev qeyd edib ki, Qazaxıstan ilə Aİ arasında münasibətlər həqiqətən strateji xarakter alıb.

“Bu gün Avropa İttifaqı bizim ən böyük ticarət və investisiya tərəfdaşımızdır və Qazaxıstana cəlb edilən bütün birbaşa xarici investisiyaların təxminən yarısını təşkil edir. Təkcə ötən il ikitərəfli ticarət dövriyyəsi 45 milyard dolları keçib”, - deyə o bildirib.

Qazaxıstan Prezidenti həmçinin Avropa tərəfdaşlarını Respublikanın Avropanı Orta Asiya, Çin, Qafqaz və Yaxın Şərq ilə birləşdirən regional logistika mərkəzinə çevrilmək istəkləri barədə məlumatlandırıb: “Biz infrastruktura böyük sərmayələr qoyuruq, o cümlədən minlərlə kilometr yeni dəmir yollarının çəkilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı. Bu səylər Avropa İttifaqının Qlobal Qapı strategiyasına tam uyğun gəlir və Orta Dəhlizi təhlükəsiz Avrasiya nəqliyyatı üçün əsas və davamlı marşruta çevirir. Son altı ildə bu marşrut üzrə yük daşımalarının həcmi beş dəfə artıb - ildə 0,8 milyon tondan 4,1 milyon tona qədər. Məqsədimiz onun ötürmə qabiliyyətini 10 milyon tona çatdırmaqdır”.

P.ƏMİRCANOV
XQ

Dünya