Ərdoğan: Türkiyə və Polşa əməkdaşlığı gücləndirir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Polşa Avropa təhlükəsizlik və müdafiə arxitekturası çərçivəsində iki əvəzolunmaz NATO müttəfiqi kimi əməkdaşlığı gücləndirməyə çalışırlar.

Məlumatı “Anadolu” verib. 

Polşa Prezidenti Karol Navrotski ilə Ankarada keçirilən birgə mətbuat konfransında Ərdoğan qeyd edib ki, NATO-nun Avropa komponentinin gücləndirilməsi və alyansın çəkindirmə qabiliyyətlərinin artırılması gələn ay Ankarada keçiriləcək NATO sammiti ərəfəsində ortaq prioritetlərdir.

“Altı əsrdən çoxdur ki, bizi Polşa ilə bağlayan zəngin tarixə əsaslanaraq, iki müttəfiq və strateji tərəfdaş olaraq bütün sahələrdə əməkdaşlığı inkişaf etdiririk. Bugünkü məsləhətləşmələr zamanı bu öhdəliyi bir daha təsdiqlədik və atmalı olduğumuz birgə addımları müzakirə etdik”, - deyə prezident qeyd edib.

“Polşa tikinti şirkətlərimizin ən aktiv olduğu ölkələrdən biridir və oradakı layihələrin dəyəri təxminən 9 milyard dollardır. Ümid edirik ki, bu cür layihələrin sayı artacaq. Polşa ilə əməkdaşlığın digər perspektivli sahəsi nəqliyyatdır. Polşanın dəstəyi ilə strateji tərəfdaş olduğumuz Üç Dəniz Təşəbbüsü bunun üçün vacib bir platforma təmin edir. Müdafiə sənayesi də ikitərəfli əməkdaşlığımızın prioritet sahəsidir”, - deyə o əlavə edib.

P.ƏMİRCANOV
XQ

Dünya