Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Senatı İrana qarşı hərbi əməliyyatlarla əlaqədar qanun layihəsini təsdiqləyib. Sənəd Prezident Donald Trampın İrana qarşı müharibə ilə bağlı səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.
Məlumatı “Anadolu” yayıb.
Sənəd Demokratları dəstəkləyən Respublikaçı senatorlar Lisa Murkowski (Alyaska), Syuzan Kollins (Men), Rend Pol (Kentukki) və Bill Kassidi (Luiziana) tərəfindən dəstəklənib.
Amma Respublikaçı senatorlardan bir neçəsi səsvermədə iştirak etməyib. Kentukki senatoru Miç Makkonnell açıqlanmayan xəstəliklə xəstəxanaya yerləşdirilib, Pensilvaniya senatoru Deyv Makkormik də qeyri-müəyyən səbəbdən səsverməyə qatılmayıb. Bu isə Demokratlara səs çoxluğu qazanaraq layinənin təsdiqinə nail olmaqda kömək edib.
Senat azlığının lideri Çak Şumer səsvermənin nəticələrini şərh edərkən bildirib ki, amerikalılar “Trampın İranla bağlı tarixi səhvinin bədəlini ödəyirlər. Bu, tarix kitablarına ABŞ-ın ən fəlakətli xarici siyasət təşəbbüslərindən biri kimi daxil olacaq”.
P.ƏMİRCANOV
XQ

