TAP Avropaya 59 milyard kubmetrdən çox qaz nəql edib

post-img

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin dekabr ayından bu vaxtadək Avropaya 59,2 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edilib. Bunun da, 49,3 milyard kubmetrə yaxını İtaliyaya, 5,5 milyard kubmetrdən çoxu Yunanıstana, 4 milyard kubmetri isə Bolqarıstana çatdırılıb.

Bu barədə TAP boru kəmərinin operatoru olan “TAP AG” şirkətinin idarəedici direktoru Luka Skiepatti mediaya bildirib ki, TAP-ın ilkin illik ötürücülük gücü mərhələli şəkildə genişləndirilərək 20 milyard kubmetrdən artıq həcmə çatdırıla bilər.

Boru kəmərinin əlavə ötürücülük qabiliyyətinin mütəmadi olaraq keçirilən bazar sınaqları ilə tədarükçülərə təqdim olunduğunu diqqətə çatdıran idarəedici direktorun sözlərinə görə, son genişləndirmə layihəsi çərçivəsində bu ilin əvvəlindən etibarən uzunmüddətli əsasda əlavə 1,2 milyard kubmetr ötürücülük gücü istifadəyə verilib.

Bu addımın TAP-ın genişləndirilməsi istiqamətində mühüm mərhələ hesab olunduğunu vurğulayan Luka Skiepatti deyib ki, ötən ilin iyul ayında başlayan bazar sınağının isə qeyri-məcburi mərhələsi hazırda davam edir.

XQ

İqtisadiyyat