Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 27-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçərişəhərdə ilk dəfə "Milli Geyimlər Günləri" Festivalı keçiriləcək.
XQ xəbər verir ki, festivalın əsas məqsədi Azərbaycan milli geyimlərinin qorunması, təbliği, yaşadılması və gələcək nəsillərə ötürülməsidir.
Festival çərçivəsində milli geyimlərimizin tarixi və estetik zənginliyini əks etdirən müxtəlif tədbirlər təşkil olunacaq. Günün ən yaddaqalan hadisələrindən biri etnoqraf, tarix üzrə fəlsəfə doktoru Günay Çapayın müəllifi olduğu "Parla Öz Geyim" kolleksiyasının ilk dəfə podiumda nümayişi olacaq. Qırmızı xalça üzərində keçiriləcək dəfilədə Azərbaycanın milli geyim ənənələri müasir təqdimat formatında ictimaiyyətə təqdim ediləcək.

