Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Böyük Britaniyanın Azərbaycandakı səfiri Duncan Norman Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verilib.
Paylaşımda bildirilib ki, Böyük Britaniya Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində mövcud əməkdaşlığa böyük önəm verir. Qeyd olunub ki, iki ölkə arasında təhlükəsizlik üzrə tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.

