Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ədliyyə naziri Fərid Əhmədov iyulun 3-də Balakən rayonunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon sakinlərinin müraciətlərini dinləyəcək.
Bu barədə XQ-yə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı iyulun 2-dək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin (+994 12) 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Şəki regional ədliyyə idarəsinə (Ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi 94, əlaqə telefonu: (+994 12) 510 10 01 (daxili nömrə: 17705, 17790, 17715) müraciət edərək qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Görüşə gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

